ABŞ dövlət katibi Sergey Lavrovla "Rusiya məsələsi"ni müzakirə etməyib

7-05-2019, 07:39           
ABŞ dövlət katibi Sergey Lavrovla "Rusiya məsələsi"ni müzakirə etməyib
ABŞ dövlət katibi Mayk Pompeo Rusiya XİN rəhbəri Sergey Lavrovla Finlandiyada keçirilmiş görüş zamanı müzakirə predmetinə çevrilmiş seçkilərdə müdaxilə ilə bağlı “Rusiya məsələsi”nə toxunmayıb.

ONA xəbər verir ki, bu barədə “TASS” özəl mənbəyə istinadən məlumat yayıb. Görüşdən sonra Pompeo bildirib ki, bu mövzunu rusiyalı nazirlə müzakirə edib.

“Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi məsələsini Mayk Pompeo Sergey Lavrovla müzakirə etməyib. Rusiya tərəfi dövlət katibinin belə bir açıqlamasına təəccüblü qalıb”, - deyə mənbə vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru