İtaliyaya səfərinin rəsmi proqramının sonunda Rusiya Federasiyasının prezidenti Vladimir Putin Roma hava limanında “İrəli, İtaliya” partiyasının sədri Silviya Berluskoni ilə görüşüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, onların görüşü çox uzun sürməyib.
Qeyd edək ki, cümə axşamı Vladimir Putin İtaliyaya bir günlük səfər edib.
Xatırladaq ki, Silviya Berluskoni İtaliyanın keçmiş Baş Naziridir.