Mehriban Əliyevanı duyğulandıran nümayiş (FOTO)

15-11-2015, 10:11           
Mehriban Əliyevanı duyğulandıran nümayiş (FOTO)
Noyabrın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyənin Antalya şəhərində Əlillərin Bərpa Mərkəzi ilə tanış olub.

ANS PRESS-in məlumatına görə, mərkəzdə müalicə olunan uşaqlar qonaqları özlərinə məxsus şəkildə mədəni proqramla qarşılayıblar. Həssas təbəqənin nümayəndələri bir-birindən maraqlı çıxışlar ediblər. Onların cəmiyyətə inteqrasiyasından bəhs edən videoçarx nümayiş olunub.

Uşaqların çıxışları birinci xanımları duyğulandırıb. "First lady"lər həssas təbəqənin nümayəndələrinin göstərdikləri performansı ayaq üstdə alqışlayıblar.

Mərkəzdə Mehriban Əliyevanı və Fondun vitse-prezidenti Leyla Əliyevanı Türkiyənin birinci xanımı Əminə Ərdoğan qarşılayıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva, Cənubi Afrika Respublikasının birinci xanımı Tobeka Madiba Zuma, Zimbabvenin birinci xanımı Qreys Muqabe, Malayziya baş nazirinin xanımı Rosma Mansor və digər qonaqlar mərkəzin fəaliyyəti ilə tanış olublar.

Mehriban Əliyeva uşaqların çıxışını izləyərkən

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyə Respublikasına işgüzar səfərə yola düşüblər.

Dövlət başçısı “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak edəcək.

Antalyanın beynəlxalq aeroportunda prezidenti və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

İlham Əliyevi və xanımını qarşılayanlar arasında Avropa Birliyi naziri Beril Dedeoğlu, hakim Ədalət və İnkişaf Partiyasının icracı katibi Mövlud Çavuşoğlu, Antalya valisi Muammer Türker və Antalya bələdiyyə başçısı Menderes Türel olub.


Türkiyə sammitə hazırlığa aylar öncədən başlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə nahar verilib.

İlham Əliyev və Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva naharda iştirak ediblər.

İlham Əliyev və Mehriabn Əliyeva rəsmi naharda

Azərbaycan bu gün Antalyada başlayacaq G20 ölkələri liderlərinin zirvə toplantısına Türkiyənin dəvətlisi kimi qatılır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə iştirak etmək üçün prezident İlham Əliyevə də dəvət göndərib.

Həmçinin oxuyun: İlham Əliyev "Böyük iyirmilik"də

Zirvə toplantısı 15-16 noyabrda Antalyanın kurort zonası olan Bələk də baş tutacaq. Sammitdə ABŞ, Rusiya prezidentləri Barak Obama, Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Səudiyyə ərəbistanı kralı Salman bin Əbdüləziz, Türkiyə və Böyük Britaniyanın baş nazirləri Əhməd Davudoğlu, Devid Kemeron, Avropa Birliyi Şurasının prezidenti Donald Tusk və başqaları iştirak edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.