QARABAĞDAKI ERMƏNİLƏR İSTANBULA SƏRBƏST GEDİB-GƏLİRLƏR... - Onlar sərhəddə hansı pasportu təqdim edirlər?

21-09-2019, 08:46           
QARABAĞDAKI ERMƏNİLƏR İSTANBULA SƏRBƏST GEDİB-GƏLİRLƏR... - Onlar sərhəddə hansı pasportu təqdim edirlər?
Burada qardaş Türkiyəni qınamağa heç bir əsas yoxdur - bəzi ermənilər Bakıya da sərbəst gəlirlər...
“Xankəndidə də Türkiyə geyimləri satılır”.
Bu məlumatı Qarabağda yaşayan erməni blogerlərdən biri Rusiya mediasında dərc etdiyi yazısında söyləyib. Bu günlərdə hansısa bir Avropa təşkilatının xəttti ilə İstanbulda səfərdə olmuş bloger yazır ki, İstanbul dükanlarında gördüyü geyimlərdən Xankəndidə də satılır.
“Düzdü, Xankəndidə Türkiyə malları çox bahadır, amma bizim alverçilər gedib gətirirlər. Yəqin, yol xərcinə görə, baha alınır...” –deyə D.Simonyan yazır.
P.S. Belə çıxır ki, Azərbaycanın işğal altındakı torpaqlarını zəbt etmiş ermənilər sərbəst şəkildə Türkiyəyə gedib-gəlirlər, üstəlik, alver də edirlər. Çox güman ki, onlar Türkiyəyə Ermənistan pasportu ilə Gürcüstan və ya Rusiya Ukrayna vasitəsilə gedirlər...
P.P.S. Burada Türkiyəni qınamağa heç bir əsas yoxdur. Çünki nə qədər ki, torpaqlarımızı azad edib, oradakı ermənilərə vətəndaşlığı qəbul etdirməmişik, bu məxluqlar hər yerə yol tapacaqlar.
İkincisi də, hamı bilir ki, Ermənistan vətəndaşı olmayan ermənilər də bu gün Rusiya, Gürcüstan, İran və s. vasitəsi ilə Azərbaycana sərbəst gedib-gəlirlər. Axı torpaqlarımız işğal altında olsa da, demokratiyadır... \\Moderator.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru