Ermənilər Putinin qarşısında Azərbaycan yallısı oynadı: Polad mahnımızı oxudu - VİDEO

21-09-2019, 13:03           
Ermənilər Putinin qarşısında Azərbaycan yallısı oynadı: Polad mahnımızı oxudu - VİDEO
Rusiyanın paytaxtı Moskva şəhərinin ad günü tədbirində Rusiya prezidenti Vladimir Putin, hökumət başçısı Dmitri Medvedev, Moskva şəhərinin meri Sergey Sobyanin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər fəxri qonaq qismində iştirak ediblər.

Teref.az baku.ws-ə istinadən xəbər verir ki, bayram tədbirində Polad Bülbüloğlu “Şən Azərbaycan” mahnısını Azərbyacan dilində ifa edib.

Tədbirdə ermənilər yenə də təxribata əl atıblar. Ermənilər rəsmilərin izlədiyi konsert proqramında qədim türk aləti olan balabanın müşayiəti ilə “Berd” rəqsini oynayıblar.

Qeyd edək ki, “Berd” qədim Azərbaycan rəqsi “Yallı”nın oğurlanmış elenmentləri əsasında hazırlanıb.

Bayram tədbirini 1,7 milyon şəhər sakini izləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru