Müsəlman ölkəsi Ermənistanın bayramını təntənə ilə qeyd etdi - Foto

22-09-2019, 10:34           
Müsəlman ölkəsi Ermənistanın bayramını təntənə ilə qeyd etdi - Foto
Birləşmiş Ərəb Əmirliyində Ermənistan Respublikasının müstəqillik günü münasibətilə dünyanın ən hündür binası – Bürc Xəlifə erməni bayrağının rəngləri ilə işıqlandırılacaq.

Xəbər öz təsdiqini tapdı və yalnız Dubaydakı Bürc Xəlifə deyil, əmirliyin paytaxtı Abu-Dabinin də göydələnlərinin biri Ermənistan Respublikasının bayrağının rəngləri ilə işıqlandırılıb. Xəbəri təqdim edən erməni saytı “Aravot” yazır:” Bu təşəbbüs Ermənistanın Birləşmiş Ərəb Əmirliyindəki səfirliyinə məxsusdur. Buna görə də səfirlik dost ərəb ölkəsinin hökümətindəki kolleqalarına və dostlarımıza bu təşəbbüsü dəstəklədiyinə görə təşəkkür edir”.

Bu məsələyə Moderator.az öz münasibətini artıq bildirib. Hər şey ortadadır.

P.S. Ermənistanın müstəqillik günü münasibəti ilə İran İslam Respublikasının prezidenti Həsən Ruhani də Ermənistan rəhbərliyinə təbrik məktubu göndərib və iki ölkə arasında dost münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.