Tramp Nobel mükafatının ona verilməməsindən şikayətləndi

24-09-2019, 07:12           
Tramp Nobel mükafatının ona verilməməsindən şikayətləndi
ABŞ prezidenti Donald Tramp ona Nobel mükafatının verilməməsindən şikayətlənib.

"Yeni Sabah" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə o, Pakistanın baş naziri İmran Xanla görüşü zamanı bildirib.

"Əgər onlar onu vicdanla versəydilər, mən müxtəlif şeylər üçün Nobel mükafatı alardım, amma bunu etmirlər", - deyə Tramp jurnalistlərə bildirib.

ABŞ prezidenti xatırladıb ki, sələfi Barak Obamaya 2009-cu ildə Nobel sülh mükafatı verilib.

"Onlar mükafatı Obamaya prezident postunu tutduqdan dərhal sonra verdilər və o özü anlaya bilmirdi, mükafatı nə üçün alıb. Və bilirsiniz nə var? Bu, Obamayla razı olduğum yeganə şeydir", - Tramp deyib.

Obama Nobel mükafatını "Beynəlxalq diplomatiyanın gücləndirilməsindəki səyləri"nə görə alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru