Almaniya bütün məbləği ödəməyincə rəsmi Varşava Berlindən təzminat tələb etməkdə davam edəcək.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlikdə qeyd edilib ki, İkinci Dünya Müharibəsi illərində polyaklara vurulmuş zərər tamamilə ödənilməyib. Lakin Almaniya məsələni bağlanmış hesab edir.
Polyaklar tərəfindən tələb edilən məbləğ 850 milyard dollardan çoxdur. 1945-ci ildə keçirilmiş Potsdam konfransının nəticəsinə görə, Varşava SSRİ-nin payına düşən təzminatı alırdı, hansı ki, bu məbləğ sovet imperiyasına şərqi Almaniyadan ödənilirdi. Polşa və SSRİ arasında 1954-cü ildə imzalanan razılaşmaya əsasən hər iki ölkə üzrə "qardaş" Almaniya Demokratik Respublikasına qarşı təzminat iddialarından imtina ediblər.