Elmar Məmmədyarov Beynəlxalq Böhran Qrupunun prezidenti ilə görüşüb

27-09-2019, 07:17           
Elmar Məmmədyarov Beynəlxalq Böhran Qrupunun prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Maley ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı tərəflər bölgədəki təhlükəsizlik vəziyyəti ətrafında ətraflı fikir mübadiləsi aparıblar.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə iki ölkənin xarici işlər nazirlərinin ən son görüşü haqqında R.Maleyə məlumat verib. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı, beynəlxalq təşkilatların, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində həllinin, hərbi işğal amilinin aradan qaldırılmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruriliyi vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru