İsrail Bakını ermənilərə satmayacaq - Mixayeli

27-09-2019, 11:16           
İsrail Bakını ermənilərə satmayacaq - Mixayeli
İsrail Bakını ermənilərə satmayacaq
Ermənistanın İsraildə öz səfirliyini açması hələlik konsultativ vəziyyətdədir. İsrail dövləti erməni lobbisi tərəfindən bütün təzyiqlərə rəğmən İrəvana razılıq verməyə tələsmir.

Bu sözləri Axar.az-a açıqlamasında Akko şəhərindəki Azərbaycan dağ-yəhudi icmasının rəhbəri Şirin Nexemiya Mixayeli deyib.

“İsrail anlayır ki, Ermənistan öz vəziyyətini İsraillə yaxın əlaqələri olan Azərbaycanın maraqlarını əzmək hesabına gücləndirməyə cəhd edir. Hətta İsrail tərəfi səfirliyin açılması üçün müsbət cavab versə belə, Azərbaycanla münasibətlərdə hansısa soyuqlaşma və ya başqa neqativ dəyişikliklər gözlənilmir. Azərbaycan yeganə dost müsəlman dövlətdir və əminəm ki, münasibətlərimiz bütün istiqamətlərdə inkişaf edəcək. Biz mövcud olduqca heç nə Azərbaycanla İsrailin münasibətlərinə təhdid yaratmır. Bu münasibətlər bütün istiqamətlərdə dərinləşəcək və genişlənəcək”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru