“Putinin SSRİ-ni bərpa etmək planı yoxdur” – Peskov

28-09-2019, 01:42           
“Putinin SSRİ-ni bərpa etmək planı yoxdur” – Peskov
Rusiya Prezidenti Vladimir Putinin Sovet İttifaqını 2024-cü ilə qədər yenidən qurmaq planları yoxdur.

Virtualaz.org RİA Novosti-yə istinadla bildirir ki, bunu Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov həmçinin qeyd edib ki, Rusiya və Gürcüstan Tbilisi üçün neytral statusu saxlamaqla, eləcə də NATO-ya qatılmamaqla bağlı danışıqlar aparmır.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili istisna etməmişdi ki, Gürcüstan və Rusiya ümumiyyətlə bir ölkəyə çevrilə bilər, çünki onun fikrincə, Rusiya rəhbərliyi 2024-cü ilə qədər SSRİ-nin bərpasını planlaşdırır. Bununla belə, Saakaşvili bu məlumatı haradan əldə etdiyini açıqlamamışdı.

Saakaşvili, eyni zamanda, Gürcüstan hakimiyyətinin Moskvanın təzyiqi ilə NATO-ya üzv olmaq yolundan əl çəkə biləcəyini söyləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru