Tehran-İrəvan "qardaşlığı" sərhəd tanımır: İran işğalçıya qucaq açmaqdan məmnundur..

28-09-2019, 21:37           
Tehran-İrəvan "qardaşlığı" sərhəd tanımır: İran işğalçıya qucaq açmaqdan məmnundur..
Ermənistan İranla qurulmuş dostluq münasibətlərini yüksək qiymətləndirir...

Ermənistan rəhbərliyinin BMT Baş Assambleyasının 74-cü sessiyasında fəal görüşlər keçirməkdə davam edir.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin mənzil qərargahında İranın xarici işlər naziri Cavad Zəriflə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.

Görüş zamanı İranın erməni icmasının iki xalqı və dövləti birləşdirən güclü körpü kimi mühüm rolu vurğulanıb.

Xəbərdə deyilir ki, Mnatsakanyan və Zərif müxtəlif səviyyələrdə görüşlərin və təmasların vaxtaşırı keçirilməsini yüksək qiymətləndirərək Ermənistan-İran dostluq münasibətlərinin perspektiv gündəliyinə də toxunublar. Bununla əlaqədar olaraq, Ermənistanda keçiriləcək Avrasiya İqtisadi Birliyi sammitinin işini və sammitdə İran prezidenti Həsən Ruhaninin də iştirak edəcəyini qeyd ediblər.

Ermənistan və İranın xarici işlər nazirləri bir sıra aktual regional və beynəlxalq məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü vurğulayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.