“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək- Gələn ay

29-09-2019, 00:19           
“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək- Gələn ay
“Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı artıq hazırdır.

Bunu APA-ya Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

O bildirib ki, Təhsil Nazirliyi yeni qanun layihəsinə daxil etmək üçün təkliflər paketini hazırlayıb: “Yaxın günlərdə Təhsil Nazirliyi təkliflər paketini Milli Məclisin Elm və təhsil komitəsinə təqdim edəcək. Biz bununla bağlı şifahi danışıqlar aparmışdıq. Ancaq indi rəsmi qaydada bunu gözləyirik”.

Komitə sədri bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsinin məqbul variantı Milli Məclisin oktyabr ayında keçiriləcək plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, “Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planına daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru