Aleksey Şapoşnikov:“Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə sərhəd yoxdur”

1-10-2019, 01:08           
Aleksey Şapoşnikov:“Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə sərhəd yoxdur”
“Rusiya ilə Azərbaycan arasındakı mədəni münasibətlər ən yüksək səviyyədədir”.

Bunu jurnalistlərə açıqlamasında Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov bildirib.

O, iki ölkə arasındakı mədəni sahədə münasibətlərin yüksək səviyyədə olmasında səfir Polad Bülbüloğlunun rolunun xüsusi olduğunu vurğulayıb: “Deməliyəm ki, mədəni münasibətlərin bu səviyyədə olmasına görə, səfir Polad Bülbüloğluna böyük təşəkkür düşür. Məhz onun səyləri nəticəsində Azərbaycan mədəniyyəti Rusiyada təbliğ olunur, hansı ki, moskvalılar bunu böyük məmnuniyyətlə qəbul edirlər. Moskvada böyük Azərbaycan icması yaşayır. Onlar bizim keçirdiyimiz bütün mədəni tədbirlərə maraqla yanaşırlar və aktiv iştirak edirlər”.

Moskva Şəhər Dumasının sədri ümumulikdə iki ölkə arasındakı bütün sahələrdə, iqtisadi, siyasi və humanitar əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. O, bu əlaqələrin uğurlu inkişafında dövlət başçıları arasındakı münasibətlərin rolunun da xüsusi olduğunu vurğulayıb: “Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə sərhəd yoxdur”. (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru