ABŞ konqresmenləri hərbi helikopterlə Qarabağa gəldilər

2-10-2019, 00:55           
ABŞ konqresmenləri hərbi helikopterlə Qarabağa gəldilər
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ-da Azərbaycan iqtisadiyyatı barədə danışarkən, ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədri, əsas erməni lobbiçilərindən olan Frank Pallone, habelə konqresmenlər Jackie Spir-Kançelyan və Judi Çu bu gün, 1 oktyabrda hərbi təyyarə ilə işğal olunmuş Qarabağda gəliblər.

“Frank Pallone, ABŞ və “DQR” (bu və sonrakı dırnaq bizimdir-virtualaz.org) arasında əlaqələrin gücləndirilməsi imkanlarını araşdırmaq, ABŞ tərəfindən maliyyələşdirilən layihələrə və inkişaf edən gənc demokratiyaya köməyin yeni yollarını müəyyənləşdirmək üçün “hökumət” rəsmiləri ilə görüşəcək”, – deyə Amerikanın Erməni Milli Komitəsi öz Twitter hesabında məlumat yayıb.

Virtualaz.org xatırladır ki, sentyabrın 27-də ABŞ Konqresindəki Erməni Məsələləri Komitəsi, ABŞ Dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Mark Esperə məktub göndərərək, Azərbaycana hərbi yardımın artmasından və Ermənistanla Azərbaycan arasında paritetin pozulmasından narahatlığını ifadə etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru