“Dağlıq Qarabağ münaqişəsi çox nadir məsələlərdəndir ki, Rusiya, ABŞ və Fransanın buna vahid yanaşması var” - Lavrov

2-10-2019, 15:58           
“Dağlıq Qarabağ münaqişəsi çox nadir məsələlərdəndir ki, Rusiya, ABŞ və Fransanın buna vahid yanaşması var” - Lavrov
“Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsinə vahid yanaşması mövcuddur. Bu, çox nadir bir vəziyyətdir”.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bunu Soçidə keçirilən Valday müzakirə klubunun iclasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Rusiya XİN başçısı münaqişə ilə bağlı baza sənədlərinin olduğunu bildirib: “Biz dəfələrlə müzakirələr apardığımız baza prinsipləri əsasında düyünün açılmasını istəyirik. Düyünün açılması ancaq birbaşa dialoqdan keçir. Təmaslar var. Lakin münaqişənin nizamlanması ilə bağlı dialoq belə desək, hələlik yenilənmir. Lakin mən Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanılması kimi bir təhlükə görmürəm. Biz əlimizdən gələni edəcəyik ki, bu baş verməsin”, - deyə S. Lavrov vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru