ABŞ Prezidenti Ukraynaya hərbi yardımın bərpa olunmasının səbəbini açıqlayıb

3-10-2019, 02:47           
ABŞ Prezidenti Ukraynaya hərbi yardımın bərpa olunmasının səbəbini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın bərpa olunmasının səbəbini açıqlayıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, Tramp konqresmen Rob Portmanın xahişindən sonra bu addımı atdığını bildirib.

ABŞ lideri, həmçinin Avropaya Kiyevə yardımın artırılması ilə bağlı çağırış da edib. Onun fikrincə, ABŞ Ukraynaya pul xərcləyən yeganə dövlətdir.

O, Prezident Vladimir Zelenskinin Ukrayna prezidenti olmamışdan öncə ölkənin "dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri" hesab edildiyini, buna görə Ukraynaya vəsait ayırmaq istəmədiyini qeyd edib.

D. Tramp Ukraynanı Rusiya ilə Avropa arasındakı "gözəl bir divar" adlandırıb.

Qeyd edək ki, ABŞ Ukraynaya 250 milyon dollar həcmində hərbi yardım ayırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru