"Ermənilər apreldən dərs çıxardılar ki, Azərbaycan Rusiyanın dostu Serj Sarqsyanın vaxtında Qarabağa zərbə endirməyə Rusiyadan “dobro” alıbsa, .."

5-10-2019, 20:47           
"Ermənilər apreldən dərs çıxardılar ki, Azərbaycan Rusiyanın dostu Serj Sarqsyanın vaxtında Qarabağa zərbə endirməyə Rusiyadan “dobro” alıbsa, .."
Teref.az - Qarabağa aid fikrimi daim söyləyirəm, müharibə qaçılmazdır, zaman məsələsidir. Proseslər məhz bu istiqamətdə inkişaf edir. Ermənistan rəhbərliyi son bəyanatları ilə danışıqları aşkar iflasa uğradıb.
Paşinyanın Putinlə İrəvanın “Zvartnos” aeroportunda baş verdiyi(Paşinyanın təbirincə, “parlaq”)görüşündən sonra Lavrovun, Ermənistan rəhbərliyini Qarabağ danışıqlarındakı mövqeyinə görə açıq və kəskin tənqid etməsi "aeroport görüşünün" nəticələrinin heç də parlaq olmamasını aşkar elədi. Lavrovun ifadələrindən açıq sezilir ki, o, Putinin yanında qan soydaşlarına görə xəcalət çəkdiyindən onlara qıcıqlanıb, Ermənistan rəhbərliyinin Qarabağla bağlı bəyanatlarını Albaniyanın Kosovaya iddiaları ilə müqayisə etmiş təcrübəli diplomatın dilinə analogiyalar təsadüfən gəlmir. Fikir versək, Kosovo münaqişəsində Rusiya Kosovonu tanımır, daim və birmənalı Serbiyanın ərazi bütövlüyünü müdafiə edir. Paşinyana Rusiyadan möhkəm qulaqburma eyni zamanda qəzəblənmiş Azərbaycanı sakitləşdirmək məqsədini güdür. Davamında Lavrov erməniləri də sakitləşdirir, "... irimiqyaslı hərbi əməliyatların başlanma təhlükəsini görmürəm… Rusiya bunun baş verməməsi üçün mümkün olan hər şeyi edəcək”.
Lakin görünür Putin Paşinyanla İrəvanda görüşündən ölkələr arasında münasibətlərdə dönüş gözləmədiyindən, hələ İrəvana getməmişdən əvvəl, İ.Əliyevi “Valday” diskusiya klubuna dəvət etmişdi. “Valday” klubu Putinin şəxsi ideyası əsasında yaradılıb, dünya gündəmini formalaşdıran beynəlxalq platformalardan biridir. Tədbirdə xüsusi dəvət olunmuş qonaq kimi iştirak edən İ.Əliyevin çıxışındakı “nida işarəsi” ifadəsi, Paşinyana cavabdan daha çox, regionun aparıcı ölkəsi sahiblik etdiyi tribunadan, Ermənistana sərt publik xəbərdarlıq kimi qiymətləndirmək olar.
Əlbəttə, məsələdə Rusiyanın Ermənistanı Azərbaycanla təhdid etməsi elementi var, həmişə olub və hətta 1991-ci ilin referendumundan sonra təhdid bir dəfə gerçəkləşdirilmişdi(məhşur Çaykənd və digər əməliyatlar). Ancaq neynək, böyük siyasət belədir. Şəxsən birini mənimlə qorxudanda bunun mənə əskiklik gətirməsini düşünmürəm, əksinə, gücümün və əzmimim dolayısıyla etirafıdır. Zəiflə qorxudarlarmı?
Azərbaycan ictimai fikrində müharibə başlanmasına inam olmasa da, Ermənistan və Dağlıq Qarabağ separatçıları son iki ayda ali dövlət strukturları daxil olmaqla iki müharibə təlimi keçiriblər. Ermənilər apreldən dərs çıxardılar ki, Azərbaycan Rusiyanın dostu Serj Sarqsyanın vaxtında Qarabağa zərbə endirməyə Rusiyadan “dobro” alıbsa, Rusiyanın dostu olmayan Paşinyanın vaxtında belə “dobro”nu təbii ki, daha asanlıqla alar. Yox, Azərbaycan apreldə “dobro” almayıbsa, Rusiya ilə hesablaşmadan hərbi zərbə endiribsə, bunu Paşinyanın vaxtdında daha böyük miqyasda təkrar edə bilər. S.Sarqsyan Azərbaycanın hərbi əməliyatlar başlamaq qərarında sərbəstliyini düz qiymətləndirmədiyindən bədəlini hakimiyəti ilə ödəmişdi. Erməni məntiqi budur və bunu Azərbaycandan təkzib etmək ki, “qorxmayın, kef eliyin, İ.Əliyevə Qarabağ lazım deyil”, axmaqlıq olmasaydı, sadəlöhvlük adlandırmaq olardı. Ən əsası, ermənilər onsuzda buna inanmırlar. Paşinyan hər cür “cəsarətli” populist bəyanatlar verə bilər, əməldə isə Ermənistan dövlət səviyəsində müdafiə hazırlıqları aparır. Sözlə aldatmaq olar, əməl isə reallıqdır.
Beləliklə, Qarabağ danışıqlarının dalana dirənməsi, Ermənistanın Azərbaycanı müharibəyə təhrik edən ultimativ ritorikası və Rusiya ilə antaqonist zidd olan geosiyasi meyilləri müharibəni yaxınlaşdırır.
Назим Байрам
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.