“Yaxin günlərdə bələdiyyə seçkilərini rəsmi şəkildə elan edəcəyik” - Məzahir Pənahov
11-10-2019, 12:13
“Bu ilin dekabrın 27-də bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq işlərini yekunlaşdırır. Yaxin günlərdə seçkiləri rəsmi şəkildə elan edəcəyik”.
“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.
O bildirib ki, seçki ölkə tarixində əlamətdar hadisədir. MSK sədri qeyd edib ki, MSK maarifləndirmə işinə xüsusi diqqət yetirir.