YAP-da yığılan üzvlük haqları necə xərclənir? - SİYASİ ŞURA ÜZVÜNDƏN İTTİHAM

25-10-2019, 18:02           
YAP-da yığılan üzvlük haqları necə xərclənir? - SİYASİ ŞURA ÜZVÜNDƏN İTTİHAM
YAP Siyasi Şurasının üzvü sabiq icra başçısı Musa Musayev hakim Yeni Azərbaycan Partiyasında maliyyə şəffaflığının olmadığını iddia edib.

Gununsesi.org-un xəbərinə görə, özünün sosial şəbəkə hesabında bu haqda yazan sabiq başçı bildirib ki, 750 min üzvdən yığılan pullarla bağlı açıqlama verilməlidir:

“Yeni Azərbaycan Partiyasının İcra katibliyi və Nəzarət Təftiş Komissiyası 20 ildir ki, maliyyə hesabatı vermir. Məndə olan məlumata görə, YAP-ın əməkdaşlarına mənzillər tikilərək bölüşdürülüb. YAP -da çalışan bəziləri bir neçə mənzilə sahib olub. Mən bu partiyanı yaradanlardan və Siyasi Şuranın üzvü kimi bundan xəbərsiz olmuşam. YAP -ın 750 min üzvündən pul yığılır. Bu vəsaitin sərfiyyatı şəffaf olmalıdır. Mən də uzun illər üzvlük haqqı vermişəm”.

Musa Musayev sonda ödədiyi pulların qəbzini də hesabında paylaşıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru