Azərbaycan Xalq Hərəkatı buraxıldı 4-12-2019, 18:37 Müxalifyönlü şəxslərin təmsil olunduğu Azərbaycan Xalq Hərəkatı (AXH) buraxılıb.Bu barədə Pravda.az-a AXH-nin Mətbuat xidmətinin rəhbəri Aslan Həmidli məlumat verib.A.Həmidli bildirib ki, Ağasif Şakiroğlu, Salman İmanlı, Süleyman Kərimli, Valeh Mirzəyev təşkilatdan istefa verib: “İsgəndər Həmidov rəsmən AXH-nin buraxıldığını elan edib”.Qeyd: Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təmsil olunduğu Azərbaycan Xalq Hərəkatı isə fəaliyyətini davam etdirir. Facebook-da paylaş