ABŞ zərbəsi İranı tarixi düşməni ilə barışdıracaq - Ekspert

11-01-2020, 10:28           
ABŞ zərbəsi İranı tarixi düşməni ilə barışdıracaq - Ekspert
İran və ABŞ arasında baş verən son olaylar Tehranla Ər-Riyadı bir-birinə yaxınlaşdıra bilər.

Axar.az xəbər verir ki, bu sözləri “Əl-Cəzirə”nin eksperti, Bağdad Universitetnin əməkdaşı Likaa Meki deyib.

“İraqda ABŞ hərbi bazalarına aviazərbələr endiriləndə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ehtiyat edirdilər ki, İran onları da bombalayacaq. ABŞ-ın İranla mübarizə aparması, Vaşinqtonun Ər-Riyadın təhlükəsizliyə önəm verməməsi, amerikalıların öz gündəminə görə hərəkət etməsi Səudiyyə Ərəbistanını düşünməyə məcbur etdi. Bütün bunlar ABŞ-ın təhlükəsizlik məsələsində Səudiyyənin ikinci dərəcəli olduğunu hiss etdirdi. Belə olan halda ABŞ və İran arasında mümkün qarşıdurma nəticəsində Səudiyyə hədəfə çevrilə bilər. Bu isə Ər-Riyadı Tehranla yaxınlaşmağa sövq edir”, - deyə ekspert bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru