35-ci dairədə neçə Rauf var? - FOTO

11-01-2020, 18:13           
35-ci dairədə neçə Rauf var? - FOTO
Yeni Müsavat qəzetinin təsisçisi Rauf Arifoğlunun (Abbasov) dairəsi - 35 saylı Xətai Seçki Dairəsindən namizəd olan şəxslərin siyahısı açıqlandıqdan sonra maraqlı fakt ortaya çıxıb.

BakuPost xəbər verir ki, namizədliyi irəli sürülən 5 nəfərdən 3-nün soyadı Abbasovdur. Hətta onlardan ikisinin isə adı və soyadı eynilik təşkil edir – Rauf Abbasov .

Namizədlərin siyahısını təqdim edirik:

Abbasov Arzu Mirsalah oğlu
Abbasov Rauf Arif oğlu
Abbasov Rauf Çərkəz oğlu
Ağa-zadə İqbal Fehruz oğlu
Dadaşov Səlim Nadir oğlu

Güman edilir ki, Rauf Arifoğlunun(Abbasov) rəqibləri sırasında üç nəfər eyni soyadlı, iki nəfər eyni ad-soyadlı şəxsin olması təsadüfü deyil.
İndiyə kimi Azərbaycanda seçkilərdə səslərin parçalanması üçün analoji taktikadan bir neçə dəfə istifadə olunması cəmiyyətə məlumdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru