Tramp İrandakı etirazçılara fars dilində dəstək verib - FOTO

12-01-2020, 05:59           
Tramp İrandakı etirazçılara fars dilində dəstək verib - FOTO
ABŞ prezidenti Donald Tramp “Twitter” mikrobloqunda İrandakı etirazçılara fars dilində dəstək verib.

“Report” xəbər verir ki, Tramp etiraçıları dəstəklədiyini bildirib:

“Uzun müddətdir əziyyət çəkən, amma cəsur iranlılar: Prezident olduğum gündən sizinləyəm və mənim administrasiyam sizinlə birlikdə olmağa davam edəcək. Etirazınızı çox diqqətlə izləyirik və cəsarətinizdən ilham alırıq”, deyə, fars dilində yazıb.

ABŞ prezidentinin fikrincə, İran hökuməti insan haqları qruplarına etiraz aksiyalarının baş verdiyi yerləri izləməyə mane olmamalı və daxil olan faktları açıqlamağa icazə verməlidirlər: “Nə internetin kəsilməsi, nə də dinc nümayişçilərə qarşı növbəti qırğın baş verə bilməz. Dünya (İran - Red)
seyr edir”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.