Kanadanın XİN rəhbəri Pompeo ilə İrandakı təyyarə qəzasını müzakirə edib

12-01-2020, 07:00           
Kanadanın XİN rəhbəri Pompeo ilə İrandakı təyyarə qəzasını müzakirə edib
Kanadanın Xаrici İşlər nаziri Fransua-Filipp Şampan ABŞ dövlət katibi Mayk Pompeo ilə yenidən Ukrayna təyyarəsinin İranda qəzaya uğraması ilə bağlı istintaqın gedişatını telefonla müzakirə ediblər.

“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər naziri öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, tərəflər qəza ilə bağlı aparılan istintaqın açıq və nəticələrin etibarlı olması barədə razılığa gəliblər.

Xatırladaq ki, Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən “Ukrayna Benyəlxalq Hava Yolları”na məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi bir az sonra vurulmuş, nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru