Məzahir Pənahov Elman Nəsirovun dairəsini nəzarətə götürdü: “Ciddi ölçü götürüləcək”

24-02-2020, 22:15           
Məzahir Pənahov Elman Nəsirovun dairəsini nəzarətə götürdü: “Ciddi ölçü götürüləcək”
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 68 saylı Cəlilabad kənd seçki dairəsindən Müsavat Partiyasının qeydə alınmış namizədi Davud Qurbanovun müraicətinə baxılıb.



Modern.az xəbər verir ki, müraciət haqqında MSK üzvü Validə Kazımova məlumat verib. O qeyd edib ki, araşdırma zamanı namizədin iddia etdiyi qanun pozuntuları öz əksini tapmayıb.



Sosial şəbəkələrdə yayılan görüntülərin də araşdırıldığını qeyd edən V. Kazımova hər hansı qanun pozuntularının qeydə alınmadığını söyləyib. MSK üzvünün təklifi, Komissiyanın ekspert qrupunun rəyi ilə qeydə alınmış namizədin şikayəti təmin edilməyib.



Bununla belə, MSK sədri Məzahir Pənahov qeydə alınmış deputatlığa namizəd Davud Qurbanovun şikayətinə cavab olaraq bildirib ki, 68 saylı Cəlilabad kənd seçki dairəsinin 9 və 25 saylı məntəqələrinin seçki komissiyaları ilə bağlı ölçü götürüləcək.



MSK sədrinin sözlərinə görə, həmin məntəqələrin komissiyaları hər ikisi nəzarətə götürülüb:



“Onlar barədə ciddi ölçü götürüləcək. Hər pozuntunun özünün adekvat cavabı olacaq. Həmin məntəqələr barədə daxil olan müraciətlər ciddi şəkildə araşdırılır”.



Qeyd edək ki, həmin dairədən lider namizəd Elman Nəsirovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru