İrandan Azərbaycana məhsul idxalı dayandırılır - Video

25-02-2020, 00:01           
İrandan Azərbaycana məhsul idxalı dayandırılır - Video
İranda koronavirusun yayılması ilə əlaqədar bu ölkədən Azərbaycana məhsul gətirilməsinə məhdudiyyət qoyulub.

"Yeni Sabah" xəbər verir ki, İrandan Azərbaycana uşaq oyuncaqları, xalçlar, plastik məhsullar, ev tekstil əşyaları, ədviyyatlar və digər bir çox məhsullar idxal edilir.

Satıcıların sözlərinə görə, artıq iki gündür, bu məhsulların yenisini sifariş verməkdə problem yaşayırlar. Çünki İranda koronavirusun yayılması səbəbi ilə karqo şirkətləri yeni sifarişləri qəbul etmirlər.

İri ticarət mərkəzlərinin birindən verilən məlumata görə, İrandan yeni malların gətirilməsinə qadağa qoyulub.

Dövlət Gömrük Komitəsindən isə bildirilir ki, hələlik sərhəddən yük avtomobillərinin keçməsinə heç bir məhdudiyyət qoyulmayıb.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru