Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

27-02-2020, 00:00           
Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya tətbiq edilən sanksiyaların müddətini uzadıb.
Bu barədə Ağ Ev rəsmi məlumat yayıb. “Rusiyanın siyasəti və fəaliyyətləri ABŞ-ın milli təhlükəsizlik maraqlarına və xarici siyasətinə təhdid yaratmaqda davam edir”, – deyə Tramp qeyd edib.
Xatırladaq ki, 2014-cü ilin martında Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlamışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.