Artıq hər kəs başa düşməlidir: Putin böhrandır, Putin müharibədir

1-03-2020, 00:05           
Artıq hər kəs başa düşməlidir:
Rusiyanın Sankt-Peterburq şəhərində siyasətçi Boris Nemtsovun xatirəsi üçün keçirilən yürüş zamanı yeddi nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “OVD-İnfo” nəşri yayıb.

Nevsk prospektində bir piketçi ” Artıq hər kəs başa düşməlidir: Putin böhrandır, Putin müharibədir” plakatı ilə saxlanılıb.

“Mediazonı” nəşrinin müxbiri yazır ki, aksiyaya min nəfərə yaxın insan gəlib. Yerli hakimiyyət orqanları yürüşün keçirilməsi haqda iki gün əvvəl razılıq veriblər.

Vladivostokda polisə gətirilən 4 piketçi “profilaktik söhbət”dən sonra evə buraxılıb.

Xatirə tədbirləri Moskva, Novosibirsk, İrkutsk, Yekaterinburq və digər şəhərlərdə keçirilib.

Moskvada razılaşdırılmış yürüş “Strastnıy” bulvarından “Akademik Saxarov” prospektinə qədər baş tutub. Aksiya razılaşdırılıb.

“Ağ sayğac” nəşrinin məlumatına görə, yürüşün keçirildiyi məkana 22,3 min nəfər gəlib. DİN-in Moskva İdarəsi isə 8 min nəfərin gəldiyini deyib.

Boris Nemtsov 2015-ci il fevralın 27-də Kremlin yaxınlığındakı “Böyük Moskvorets” körpüsündə güllələnib.

2017-ci ildə ehtimal olunan qatil Zaur Dadayev həbs edilərək 20 il müddətinə ağır rejimli cəzaçəkmə müəssisəsinə göndərilib. İş üzrə təqsirləndirilən digər şəxslər 11 ildən 19 ilədək cəza alıblar. Qətlin sifarişçiləri hələ də tapılmayıb.

Fevralın 27-də Rusiya Prezidenti Vladimir Putin Boris Nemtsovun qətlinin təşkilində şübhəli bilinən Ruslan Geremeyevin doğma əmisi, Çeçenistanı Federasiya Şurasında təmsil edən Süleyman Geremeyevi II dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.