Əsədin əsgərləri bizə dedi ki... Rus jurnalistdən şok video

1-03-2020, 11:37           
Əsədin əsgərləri bizə dedi ki... Rus jurnalistdən şok video
İdlib səmalarında Türkiyə dronları müharibənin gedişatını dəyişib.

Axar.az xəbər verir ki, bunu İdlibdə çəkilişlər aparan rusiyalı hərbi jurnalist deyib.

“Buradan belə görünür ki, Türkiyə dövləti pilotsuz uçuş aparatlar (PUA) üçün pul xərcləyir. Suriya əsgərləri PUA-lar tərəfindən vurulmaması üçün hərbi avtomobillərini gizlədir. Hətta vəziyyət o yerə çatıb ki, türk PUA-ları hərəkət edən hər şeyi vurur. Buna rejimə məxsus hərbi konvoy, avtomobillər, hətta motosiklet də daxildir”, - jurnalist bildirib.

Qeyd edək ki, Suriya ordusunun hücumu ilə 33 türk əsgərinin şəhid olmasının ardından Türkiyə qisas əməliyyatına başlayıb. Bu vaxta qədər Suriya rejiminin 2100-dən artıq əsgəri, o cümlədən çoxsaylı hərbi texnikası məhv edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru