Şimali Makedoniya NATO-nun üzvü oldu

18-03-2020, 07:25           
Şimali Makedoniya NATO-nun üzvü oldu
İspaniya parlamentinin Yuxarı Palatası Şimali Makedoniyanın NATO-ya üzv olması barədə sənədləri ratifikasiya edib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq özünün "Twitter" səhifəsində yazıb.

“İspaniya Senatı yenicə Şimali Makedoniyanın NATO-ya qoşulmasını təsdiq etdi”, - deyə Stoltenberq sosial şəbəkədəki hesabında yazıb.

İspaniya həmin sənədləri NATO-nun 29 üzv ölkələrindən sonuncusu kimi ratifikasiya edib və bununla Şimali Makedoniyanın NATO üzvlüyünə yol açıb.

“Bununla bağlı bütün tərəfdaşlarımız (NATO üzrə) tezliklə 30-cu üzvümüz olacaq ölkəni qarşıladı. Şimali Makedoniyanı təbrik edirik”, - baş katib əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru