Anjey Kaspişik bəyanat yayıb:"Monitorinqlər koronavirusa görə dayandırılıb"

19-03-2020, 00:01           
Anjey Kaspişik bəyanat yayıb:"Monitorinqlər koronavirusa görə dayandırılıb"
“Koronavirus pandemiyasının yayılması bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli səviyyədə səyahət məhdudiyyətlərinə, habelə risklərin azaldılması üçün üz-üzə təmas məhdudiyyətlərə səbəb olub”.

ATƏT-in mətbuat xidmətinin verdiyi xəbərə görə, bu barədə qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik bildirib.

O qeyd edib ki, göstərilənləri nəzərə alaraq və tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər ləğv olunana qədər monitorinq təlimləri dayandırılacaq: “Bu arada müvafiq hərbi qurumlarla əlaqə saxlamağa davam edirəm”.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru