Pandemiyadan sonra “soyuq müharibə” başlayacaq - EKSPERT

30-04-2020, 10:28           
Pandemiyadan sonra “soyuq müharibə” başlayacaq - EKSPERT
“Koronavirus pandemiyasından sonra dünyada struktur dəyişiklikləri olacaq”.

Cebhe.info xəbər verir ki, bunu fransalı siyasi xadim, Siyasi Araşdırmalar İnstitutunun eksperti Pyer Anri Darcanson deyib.

Onun sözlərinə görə, virusun yayılması ilə ortaya çıxan problemlər həm də sistem problemlərini ortaya qoyub.

Bura böhran şəraitində beynəlxalq həmrəyliyin olmaması, Çin və Qərb arasında geosiyasi gərginliyin artması daxildir Mütəxıssis hesab edir ki, hətta avropalılar da Avropa Birliyi məkanında bir-birləri üçün "yad millət" olaraq qəbul edilə bilər:

"Qloballaşma ancaq indi maksasını çıxarır. Dünya vətəndaşları harasa yoxa çıxıb. Turistlər, tələbələr, biznesmenlər hamısı əcnəbi olub. Gözəl nitqlərə baxmayaraq, virus insanlıq üçün ümumi düşmən ola bilmədi. Milli düşüncələr birinci plana çıxdı. Xüsusilə ABŞ və Çin arasında gərginlik artdı. Bu qaşrıdurma SSRİ-nin dağılmasından sonra yoxa çıxdığı düşünülən yeni "soyuq müharibə" reallığını oraya çıxara bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.