MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ VİRUSLA BAĞLI GİZLİ YAZIŞMALARI ƏLƏ KEÇİRİB: Qeyts Fondu Çindəki Virusologiya İnstitutu ilə əlbirlikdə suçlanır - ARAŞDIRMA

2-05-2020, 22:43           
MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ VİRUSLA BAĞLI GİZLİ YAZIŞMALARI ƏLƏ KEÇİRİB:
Yücel Koç

“Türkiye” qəzeti, 30 aprel 2020-ci il



İki önəmli supergüc həbslərə, müharibə təhdidlərinə kimi gedib çıxan qızğın mübarizənin içində olduğu bir vaxtda, Çində bir anda pandemiya bomba kimi partladı.

Bu dəfə diqqət mərkəzində Vaşinqtondur, çünki partlayan bu “bomba”dan ən çox xəsarət alan ABŞ-dır. ABŞ-da 1 milyonu keçən yoluxma və 60 minə yaxın ölüm hadisəsinə nisbətdə, Çində bu günə kimi 83 min 940 yoluxma, 4 min 637 ölüm hadisəsi qeydə alınıb.

Rəsmi göstəricilər belədir. İstər inanın, istər inanmayın.

Həqiqət budur ki, Çin rəsmiləri ən az itki verəcək dövlətin elə özləri olacağını işin başından demişdilər. Çünki onlar qərblilərin pandemiyanın ilk günlərində Çin hökuməti qədər sərt tədbirlər görə bilməyəcəklərini öncədən bildirmişdilər.

Dedikləri kimi də oldu. Ancaq buna rəğmən, hədəf taxtası yenə də Çindir.

Uhanda yayılan virusa qarşı kifayət qədər tədbir görməməkdə təqsirləndirilən və beynəlxalq uçuşları dayandırmayaraq, virusu bütün dünyaya yaymaqda təqsirləndirilən Çin hökuməti indi müxtəlif yollarla bu məsuliyyətdən yaxasını qurtarmağa çalışır, ancaq artıq gecdir.

ABŞ və bəzi Avropa ölkələrinin ittihamlarınının ardınca, Avstraliya Çinə qarşı istintaq işinin başlaması üçün hərəkətə keçib. Avstraliyanın Baş naziri Skott Morrison heç bir ölkəni hədəfə almadıqlarını, sadəcə olaraq həqiqəti üzə çıxarmaq niyyətlərinin olduğunu söyləsə də, Pekin rəhbərliyinin asanlıqla “gəlin, araşdırın” deməyəcəyi məlum məsələ idi.

Diplomatik gərginliklə əlaqədar Avstraliya hökuməti ilə danışıqlara başlayan Çin səfiri bu dövləti istehsal etdiyi məhsulları almamaqla və universitetlərini boykot etməklə açıq-aşkar təhdid edib. Bugünlərin əsas gündəm mövzusu da iqtisadi təzyiq göstərməkdə günahlandırılan Çin səfirliyi ilə Avstraliya hökuməti arasındakı bu polemikadır. Xatırlyırsınızsa, Uhanda virusun yayılması barədə danışıldığı bir vaxtda Çin hökuməti bu əyalətə beynəlxalq uçuşları dayandırmaq istəyən digər ölkə rəhbərliklərini də eyni qaydada təhdid edərək, “Bu gün etdiklərinizi unutmarıq” – söyləyirdi… Bu da nəticəsi – dünya fəlakət içərisindədir.

Elə isə Çin indi ittihamlara nə cavab verir?

Bu virusun laboratoriya şəraitində istehsal edilib-edilmədiyi ilə başlayaq. “Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dəlillərin COVİD-19-un təbiətdən gəlməsinə (bunun yarasalar və pangolinlərdən qaynaqlandığını ehtimal etdiklərinə görə) diqqət çəkib” deyirlər. Burada xatırladıram ki, bu mövzuda Çinlə əlbir hərəkət etməkdə günahlandırılan ÜST-ə güclü təzyiqlər var.

Başqa?

Bu pandemiya Uhan Virusologiya İnstitutu tərəfindən sızdırılıbmı?

Çin, əlbəttə ki, bunu rədd edir və bu iddianın mümkün olmadığını bəyan edir.

ABŞ Prezidenti Donald Trampın “Çin virusu” ifadəsinə gəlincə… “Rəsmi adı SARS-COV-2. İlk iddianı bildirən mənbə biz deyilik” – deyirlər. Buna misal kimi, “HIV” infeksiyasını göstərirlər. Qeyd edirlər ki, ilk yoluxma hadisələrinin statistikasını da məhz ABŞ bildirib. Ancaq böyük ehtimalla, bu virusun mənbəyi Qərbi Afrikadır.

Bu, məqsədəuyğun, ağıllı fikir olsa da, üzərindən keçdikləri və görmədikləri reallıq bu idi ki, “SARS”ın mənbəyi də əslində elə öz torpaqları idi.

Eyni şəkildə, 2019-cu ilin noyabr ayında ortaya çıxan virusu ört-basdır etdilər. Bu zaman virusa yoluxaraq dünyasını dəyişən professor Li Venlianqın məruz qaldığı güclü təzyiqləri də qəbul etmirlər. Əksini edəcək deyillər ki. Nə isə…

Konkret sənədlər olmadan nə ittihamlara yüz faiz cavab verə bilərik, nə də Çinin bəyanatlarına əmin ola bilərik. Çinin açılan təzminat işlərinə dair “mən də qurbanam” tezisini müdafiə etməkdə haqlı olub-olmadığı ciddi və müstəqil bir araşdırma nəticəsində aydın olacaq.

Ancaq ilk təklifi verən Avstraliyanın aldığı qəribə cavab çaşqınlıq yaradır. Soğan yeməyənin içi göynəməz. “Bu işi araşdıraq” çağırışının cavabı təhdidlə verilirsə, deməli, burada ciddi bir problem var. Bu zaman bütün diqqətlər də həmin təhdidin arxasında duran səbəblərə çevrilir.

Son günlər bəzi şeylər soyuq şəkildə görünsə də, baş verən hadisələri diqqətlə müşahidə edin – BVF (Beynəlxalq Valyuta Fondu) Afrika ölkələrindən müəyyən sayda insana çip taxılmasının zəruri olduğunu bildirir. Bunun baş verəcəyi deyiləndə gülüb keçənlər indi işi-gücü borc pul vermək olan bir təşkilatın çip taxma öhdəliyini necə şərh edəcəklər?

Jurnlist, yazıçı Bəkir Hazar bu yaxınlarda “Washington Post” xəbərlərini gündəmə gətirib. Qəzet ÜST-ün, ABŞ Milli Səhiyyə İnstitutunun və Qeyts Fondunun Uhan Virusologiya İnstitutunun gizli tərəfdaşı olduğu iddia edilən 25 min elektron poçt ünvanının və içindəki gizli yazışmaların ələ keçirildiyini yazır. Həmin elektron poç ünvanlarında elə dəhşətli məlumatlar var ki…

İnstitutun Qeyts Fonduna göndərdiyi elektron məktubda 19 oktyabr 2019-cu ildə bir institut rəhbərinin koronavirus daşıyıcısı olan buz kütləsini canlı heyvanların satıldığı bazara verdiyi qeyd olunur.

Ancaq bu məlumata qarşılıq, hələ ki, Çindən rəsmi izahat verilməyib.

Fondun instituta göndərdiyi başqa bir məktubda “Hazırlanan virusların təhlükəsizliyi ilə bağlı hansısa risk varmı?” sualı verilir.

2018-ci ildə Çin rəsmi dövlət agentliyinin yayımladığı və sonra sildiyi “1500 virus artıq hazırdır” tviti də ələ keçirilən bu elektron poçtlardakı yazışmalar içərisindədir.

ÜST-dən Qeyts Fonduna göndərilən yazışma ilə bağlı geniş izahat tələb edilir.

Bill Qeyts özü bu məlumatları təkzib etsə də, 25 min elektron poçt ünvanı və içindəki gizli yazışmalar artıq MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) əlinə keçib. MKİ onsuz da bu virusun laboratoriya şəraitində yaradılıb-yaradılmadığını çoxdan araşdırıb. İndi yavaş-yavaş bu məsələnin altında hansı gizli məlumatların yatdığı ictimaiyyətə sızdırılır. Bir növ, qol güləşinə hazırlıq işləri görülür.

Çin bu gizli məlumatları hansı bəhanələrlə gizlədəcək? Bunu önümüzdəki günlərdə daha aydın görəcəyik.

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.