Putinin alman dostu: Krım qayıtmayacaq...

3-05-2020, 10:51           
Putinin alman dostu: Krım qayıtmayacaq...
Almaniyanın keçmiş kansleri Herhard Şröder Avropa Birliyini Rusiyaya tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb.

Axar.az xəbər verir ki, Şröder bunu “Tagesspiegel” nəşrinə müsahibəsində deyib.

İkinci Dünya müharibəsini xatırladan Şröder qeyd edib ki, Rusiyanın ağır keçmişə baxmayaraq Almaniya ilə inam ruhunda əməkdaşlığa hazır olmasını qiymətləndirməmək olmaz:

“İndi bizim Rusiyaya qarşı sanksiyaları dəstəkləməyimiz bununla ziddiyyət təşkil edir. Birincisi, bu, Rusiyada tarixi yaddaşı oyadır. İkincisi də Rusiyanın siyasətini dəyişmir. Koronavirusla mübarizə apardığımız zamanda böyük əməkdaşlıq vacibdir. Buna görə də, mənasız sanksiyaları ləğv etmək lazımdır”.

Krım məsələsinə də toxunan Şröder Rusiyanın bu torpaqları heç vaxt Ukraynaya qaytarmayacağını deyib:

Kim hesab edir ki, sanksiyalarla Rusiyaya təsir etmək olar, səhv edir. Heç bir Rusiya prezidenti Krımı Ukraynaya qaytarmayacaq. Bu, reallıqdır”.

Qeyd edək ki, Almaniyanın keçmiş kansleri olmuş Herhard Şröderlə Rusiya Prezidenti Vladimir Putinlə dostluq əlaqələri mövcuddur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.