Roma Papası Şeyx Əhmədlə birgə müraciət etdi - Mayın 14-də...

3-05-2020, 10:56           
Roma Papası Şeyx Əhmədlə birgə müraciət etdi - Mayın 14-də...
isirin Əl-Əzhər İslam Universitetinin Baş imamı Şeyx Əhməd əl-Tayyib və Roma Papası Fransisk mayın 14-də bütün dinlərdən olan insanları koronavirus pandemiyasına qarşı birlikdə dua etməyə çağırıblar.

Teleqraf.com xəbər verir ki, dini liderlər birgə bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, həmin tarixdə dünyanın bütün dindarları pandemiyanın tezliklə aradan qalxması və alimlərin koronavirusa bəlasına çarə tapması üçün dua edəcəklər.

Roma Papası ötən cümə günü müqəddəs Ramazan ayının başlaması münasibətilə Əl-Əzhər baş imamının timsalında bütün müsəlmanları təbrik edib. Şeyx Əhməd əl-Tayyib və Roma Papası Fransisk COVID-19 pandemiyasına qarşı həmrəylik məsələsini müzakirə ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.