ABŞ Suriyada yeni PKK dəstəsi yaradır

4-05-2020, 10:31           
ABŞ Suriyada yeni PKK dəstəsi yaradır
ABŞ Suriyadakı PKK/YPG silahlılarından ibarət “Təmizlik gücü” adlı dəstə yaradır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın bu planı Pentaqonun hesabatında da yer alıb.

Məlumata görə, yeni dəstə 1120 nəfərlik 5 komando bölüyündən və 600 nəfərlik qrupdan ibarət olacaq. Büdcə imkanları artdıqca muzdlu əsgərlərin sayı 10 min nəfər çatdırılacaq.

Dəstənin başında “General Məzlum” kod adlı Şahin Çilo olacaq.

Dəstənin yaradılması üçün ABŞ büdcəsindən 200 milyon dollar pul ayrılıb. Muzdlu əsgələrin xərcləri isə Suriyadan əldə edilən neft gəlirləri hesabına qarşılanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru