Maliyyə Nazirliyi İlqar Məmmədovun kompensasiyanı alacağı vaxtı açıqladı - RƏSMİ

6-05-2020, 20:02           
Maliyyə Nazirliyi İlqar Məmmədovun kompensasiyanı alacağı vaxtı açıqladı - RƏSMİ
REAL partiyasının sədri İlqar Məmmədova kompensasiyanın nə zaman ödəniləcəyi ilə bağlı “Yeni Müsavat” qəzetinin sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev bildirib ki, Ali Məhkəmənin Plenumunun 23 aprel 2020-ci il tarixli qərarı ilə İlqar Eldar oğlu Məmmədovun Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə icraata xitam verilib və ona dəyən mənəvi ziyana görə 234.226,10 manat məbləğində kompensasiya ödənilməsi və icra olunması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi qərara alınıb.

M.Piriyev Musavat.com-a bildirib ki, həmin qərarın surəti İlqar Məmmədovun ərizəsi ilə 01 may 2020-ci il tarixdə nazirliyə göndərilsə də, qeyd olunan sənəd icra məmurları tərəfindən icra üçün rəsmi qaydada hələ ki Maliyyə Nazirliyinə təqdim olunmayıb.

“Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu baxımdan sözügedən məhkəmə qərarı rəsmi qaydada Maliyyə Nazirliyinə təqdim olunduqdan sonra həmin qərarın icrası qanunvericiliklə müəyyən olunmuş qaydada təmin olunacaqdır”, deyə nazirlik rəsmisi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru