Yaxın Şərqdə təhlükəsizlik sazişinə ehtiyac var - Nazir

10-05-2020, 08:53           
Yaxın Şərqdə təhlükəsizlik sazişinə ehtiyac var - Nazir
Yaxın Şərqdə bölgə üçün sabitliyi təmin edəcək regional təhlükəsizlik sazişinə ehtiyac var.

Axar.az xəbər verir ki, bunu Qətər Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani deyib.

O bildirib ki, Körfəz Ölkələri Əməkdaşlıq Şurasına və onun birliyinə inanırıq:

“Ancaq bir şərtimiz var. Bütün ölkələrin suverenliyinə və onlar arasındakı bərabərlik prinsipinə hörmət edilməlidir”.

Liviyadakı hadisələrə toxunan Sani bu ölkədə vəziyyətin olduqca pis olduğunu deyib:

“Avropa və ərəb ölkələri qiyamçı Xəlifə Haftarı dəstəkləmək üçün Liviyanın daxili işlərinə müdaxilə edirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru