Putinin müdhiş hərbi planı: "Analoqu olmayan strateji silahlarla..."

10-05-2020, 02:59           
Putinin müdhiş hərbi planı: "Analoqu olmayan strateji silahlarla..."
Rusiya istənilən şəraitdə bütün qoşun növlərinin möhkəmləndirilməsi, onların qabaqcıl siah və texnika ilə təmin edilməsi planını həyata keçirəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

O, Rusiya Müdafiə Nazirliyi Akademiyasnın və ali hərbi məktəblərin məzunlarını Qələbə günü və ali təhsili başa vurmaları münasibətilə təbrik edib. Kremlin saytında yayılan təbrikdə deyilir:

"Biz bundan sonra da Silahlı Qüvvələri təkmilləşdirıcək, inkişaf etdirəcyik. İstənilən şəraitdə bütün qoşunlarımızı müasir silah və texnika, o cümlədən dünyada analoqu olmayan, yüksək dəqiqliyə malik və hipersəs sistemli, pilotsuz və avtomatik zərbə kompleksli strateji silahlarla təmin etmk planını reallaşdıracağıq.

Ölkənin və Böyük Vətən Müharibəsinin tarixi dərsləri bizə Rusiya orusunun həmişə güclü, istənilən hədə və təhdidlərə cavab vermək qüdrətində olmasını, Rusiyanın suverenliyi və milli maraqlarını, vətəndaşların təhlükəsizliyini etibarlı şəkildə qorumağı öyrətdi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru