“Testlər hətta armudda da virus aşkar edibsə, o çipi bizə yerləşdirəcəklər” – TÜRK YAZARDAN SENSASİON MƏQALƏ

11-05-2020, 18:47           
“Testlər hətta armudda da virus aşkar edibsə, o çipi bizə yerləşdirəcəklər” – TÜRK YAZARDAN SENSASİON MƏQALƏ
Türkiyənin “Yeniçağ” nəşrinin yazarı Arslan Bulut “Media bu fotoları niyə görmək istəmir?” başlıqlı məqalə ilə çıxış edib. Məqaləni diqqətinizə çatdırırıq.

“Bütün dünya bu xəbərlə çalxalanır, amma qəzetlər və televiziyalar görmürlər! Tanzaniya prezidenti Con Maqufuli mətbuat konfransı keçirərək xaricdən idxal edilən analiz testlərinin qətiyyən etibarlı olmadığını göstərən nəticələri açıqlayıb. Con Maqufuli keçidən, qoyundan, papav adlı tropik meyvədən nümunələr götürərək, yaş və cinsiyyət məlumatları əlavə edilməklə insan adları altında laboratoriyalara göndərilməsini təmin edib. Testlərdən bəzilərinin nəticələrinə görə, bir keçi ilə papav adlı meyvənin test nəticələri müsbət çıxıb! Maqufuli bu hadisədən sonra xalqa müraciətlə çıxış edərək deyib:

“Keçilərdən nümunə götürdük, qoyunlardan, papavdan, hətta avtomobil yağından və əlavə bir çox müxtəlif mənbələrdən nümunələr götürüb laboratoriyaya göndərdik. Hətta bütün nümunələrə bircə-bircə ad qoyduq. Məsələn cekfrut tropikal meyvəsindən götürdüyümüz nümunəni 42 yaşlı Sara Samuel adlı xanımın analizi kimi təqdim elədik… “Nəticə dəqiq deyil” cavabı gəldi. Papavdan aldığımız nümunənin 26 yaşlı Elizabet Ane adlı xanıma məxsus olduğunu qeyd elədik. Nəticə “müsbət” oldu. Söhbət koronadan gedir. Bu, o deməkdir ki, meyvədən alınan mayedə koronavirus var. Krove adlanan quş cinsindən götürülən nümunə də “müsbət” cavablandı. Keçidən nümunə götürdük, yenə “müsbət” cavabı gəldi. Görürük k, bu nümunələrin insanlara məxsus olduğunu dediyimiz zaman test nəticələri müsbət çıxır, “yəni Kovid-19 xəstəliyinə yoluxub” deyirlər. Bu test məsələsinin arxasında çirkin oyunlar oynanıldığını görürük. Tanzaniyalılara bir tövsiyəm var: təlaşa düşməyin, narahat olmayın. Bir-birimizi qorxutmayaq. Siyasətçilər də bundan siyasət mövzusu olaraq istifadə eləməyi dayandırmalıdırlar”.

Tanzaniya prezidentinin bu çıxışı dünya mətbuatında gündəmin ilk sıralarında olmalı deyildimi? Bu insan sadəcə prezident deyil, elm xadimi olaraq (cənab Con Maqufuli kimya üzrə elmlər doktorudur – red.) dünya miqyasındakı “çirkin oyun”dan bəhs edir… Heç kimin səsi çıxmır!

Almaniyada isə başda Frankfurt olmaqla bir çox şəhərlərdə etiraz nümayişləri keçirildi. Türkiyədəki bir televiziya kanalı xəbəri “karantinə etiraz elədilər” deyə təqdim elədi. Bəli, nümayişçilərin şüarları və çıxışlarında “Almaniya azadlıq deməkdir” kimi sözlər vardı və dövlətin proqramlarına etiraz eləmişdilər, lakin etirazlarının əsl hədəfi Bill Qeytsin bütün insanlara çip yerləşdirmək istəməsi məsələsi idi… Alman dövlətinə xəbərdarlıq edirdilər, “Bill Qeytsin çiplərinə xeyr” deyirdilər. “Frankfurter alqemayne çaytunq” qəzeti bu xəbəri foto və video təsvirlə yayarkən belə, Bill Qeytslə bağlı plakatı göstərən fotoşəklin altında “qəsd nəzəriyyələrini əks etdirir” şərhini yazmışdı.

Alman mətbuatında ümumilikdə vəziyyət həqiqət yanlış işıqlandırıldı, peyvənd əleyhdarlarının da nümayişləri dəstəklədiyi bildirilib. Halbuki, nümayişçilər peyvəndə yox, Bill Qeytsin “müalicəvi hissəcik” adlandırdığı nanorobotlara, yəni “informasiya molekulları”na və layihə ilə əlaqədar şirkətlərə, dövlətlərə və Ümumdünya Səhiyyə Təşkilatına inanmadıqlarını göstərmişdilər… Bu vəziyyətdə sadəcə Bill Qeytsin çipləri yox, media da insanlar üçün təhdid olmağa başlayıb. Çünki media hər kəsin gözü qarşısında baş verən həqiqətləri ya yox hesab edir, ya da təhrif edərək yayır. Bu vəziyyət bəşəriyyətin sağlamlığı üçün ən azı koronavirus qədər təhlükəlidir”.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru