Əli Əsədov TƏBİB-lə bağlı qərar verdi –Dəyişiklik

14-05-2020, 21:33           
Əli Əsədov TƏBİB-lə bağlı qərar verdi –Dəyişiklik
Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarında dəyişiklik edib.

Strateq.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun qərarına əsasən, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) adı dəyişdirilərək “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” olub.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısında da dəyişiklik edilib. Belə ki, TƏBİB-in elmi tədqiqat institutları sırasından B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu çıxarılıb.

Onun əvəzində isə siyahıya “Milli Hematologiya və Transfuziologiya Mərkəzi daxil edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.