Eldəniz Quliyev Milli Şura ilə YOLLARINI AYIRDI

15-05-2020, 00:13           
Eldəniz Quliyev Milli Şura ilə YOLLARINI AYIRDI
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev üzvlükdən istefa verib.

Bu barədə o, Facebook səhifəsində yazıb:

“Təəssüf hissi ilə qeyd edirəm ki, bu andan etibarən Milli Şurayla yollarımız ayrılır və bu səbəbdən MŞ-dan istefa verirəm”.

Xatırladaq ki, dünən Milli Şuranın Koordinasiya Mərkəzinin “Zoom”la keçirilən iclasında işlədilən ifadələr və videonun həmin hissəsinin sosial şəbəkədə paylaşılması qalmaqala səbəb olmuşdu. Keçmiş deputat Gültəkin Hacıbəyli, videoda xaricdə yaşayan jurnalist İsmayıl Cəlilovu hədəf alaraq, cinsi azlıq nümayəndələrini sərt şəkildə təhqir etmiş, Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclis sədri Rafiq Manaflı isə qeyri-etik ifadələr işləmişdi. \\Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru