AXCP rəhbərləri Altay Göyüşov haqda: "Professor adı daşıyan eşşək"... - skandal video

16-05-2020, 12:42           
AXCP rəhbərləri Altay Göyüşov haqda:
Milli Şura rəhbərlərinin "zoom" proqramı ilə həyata keçirdikləri müzakirə ölkə gündəmində bomba effekti yaradıb.

Müzakirənin ictimailəşdirilən videogörüntüləri müxalif düşərgəni, mühacir mediası təmsilçilərini bir birinə qatıb. Cəmiyyət isə baş verənləri heyrətlə izləyir. Özlərini demokrat, xalqı, ölkəni düşünən ziyalılar kimi qələmə verən AXCP və Milli Şura yetkililərinin bu qədər tərbiyəsiz, bu qədər nihilist, xuliqan və dəyərlərdən uzaq olmaları insanları heyrətləndirməkdədir. Bundan əvvəl Gültəkin Hacıbəylinin ifadələri ilə şok yaşayan ictimaiyyət bu dəfə yeni və skandal bir videoparçaya "ekspertlik" etmək məcburiyyətində qalıb.

Musavat.com -un əldə etdiyi bu parçada Azərbaycanın tanınmış alimi, professor Altay Göyüşov haqqında müzakirə aparılır. Mövzunu bu dəfə də Gültəkin Hacıbəyli qaldırır. Bundan sonra AXCP yetkilisi, Əli Kərimlinij ən yaxın adamlarından olan Rahim Hacıyevin açıqlamaları heyrət doğrur. O və ona qoşulan Milli Şura rəhbərləri professor Altay Göyüşovu ən pis ifadələrlə təhqir edirlər.

Musavat.com həmin parçanı oxucularının diqqətinə çatdırır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru