Trampdan ÜST-lə bağlı kritik qərar: “Əgər Çin...”

16-05-2020, 12:52           
Trampdan ÜST-lə bağlı kritik qərar:
ABŞ hökuməti Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün maliyyələşdirməni yeniləyə bilər, ancaq bunu Çinlə eyni dərəcədə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Fox News” kanalı məlumat yayıb.

Kanal ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesusun məktubuna istinad edir.

Aprel ayında Prezident Donald Tramp ÜST-ün maliyyələşdirilməsinin dayandırıldığını elan edib. Tramp administrasiyası beynəlxalq qurumu COVID-19 pandemiyasının yayılmasına vaxtında cavab verməməkdə günahlandırır. Eyni zamanda, ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun ÜST-ə maliyyə yardımının ayrılmasını heç vaxt bərpa etməyəcəklərini bildirib.

Son məlumata görə isə, Tramp administrasiyası ÜST üçün maliyyəni bərpa etməyə razılıq verəcək, lakin Çinin ödədiyi eyni miqdarda. Qeyd olunur ki, ABŞ ÜST-ün işində müəyyən çatışmazlıqları görür, lakin təşkilatın böyük potensiala sahib olduğuna inanır.

“Çin ÜST üçün maliyyəni artırarsa, onda (ABŞ) artım ehtimalını nəzərdən keçirəcəyik”, - deyə məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru