Belçikada AB liderlərinin qoruyucu maska ilə ilk toplantısı - Liderlər 3 gündür ki, razılığa gələ bilmir

21-07-2020, 00:01           
Belçikada AB liderlərinin qoruyucu maska ilə ilk toplantısı - Liderlər 3 gündür ki, razılığa gələ bilmir
Avropan Birliyinə üzv ölkələrin liderləri artıq 3 gündür ki, Brüseeldə Birliyin 7 illik büdcəsini və pandemiyanın fəsadlarıyla mübarizədə Avropa iqtisadiyyatının bərpası proqramını razılaşdıra bilmir.

Rəsmi proqrama görə sammit iyulun 19-u başa çatmalı olsa da, məhz liderlərin ümumi məxrəcə gələ bilməməsi üzündən müzakirələrin davam etdirilməsi qərara alınıb. Qeyd edək ki sammit Avropa Şurasının rəhbəri Şarl Mişelin sədrliyi altında keçirilir. Toplantıda Avropa Birliyinə üzv 27 ölkənin dövlət və hökumət başçıları və Avropa Komissiyasının rəhbəri Ursula der Lyayen iştirak edir. Burada diqqət çəkən məqam iştirakçıların toplantı salonuna qoruyucu maskada daxil olması və əllə görüşməməsidir.

atv.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.