ABŞ dövlət katibi Azərbaycan və Ermənistana müraciət etdi

2-10-2020, 02:38           
ABŞ dövlət katibi Azərbaycan və Ermənistana müraciət etdi
ABŞ dövlət katibi Mayk Pompeo Qarabağ münaqişəsi tərəflərini sülhə, xarici qüvvələri isə münaqişəyə müdaxilə etməməyə çağırıb.

"Report" xəbər verir ki, ABŞ rəsmisi belə çağırışla "Fox News"a müsahibəsində çıxış edib.

"Biz münaqişənin beynəlxalq xarakter almasına qarşı çıxırıq. Hesab edirik ki, xarici qüvvələr ondan kənarda qalmalıdır. Biz atəşin dayandırılmasına çağırırıq. Biz iki ölkənin hər birinin liderləri ilə danışaraq, onları bunu etməyə çağırırıq", - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru