“Srebrenitsa anaları” derməni analarına : "!Erməni analar! Bir ana övladına necə icazə verə bilər ki, başqasının ərazisinə toxunsun? "

2-10-2020, 10:25           
“Srebrenitsa anaları” derməni analarına :
Bosniya və Hersoqovinada fəaliyyət göstərən “Serebrenitsa anaları” Hərəkatı adından dünya, azərbaycanlı və erməni analara müraciət yayılıb.
Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:

Əziz analar!

Bu dünyada hər bir ananın arzusu övladını sağlam böyütmək, xoşbəxt görməkdir. Övladını itirən analar mənən övladları ilə bərabər ölür. Bunun saysız-hesabsız nümunələri var. O nümunələrdən biri də bizik. Odur ki, övladlarınızı qoruyun!

Müharibələrə “YOX” deyin.

Azərbaycan anaları!

Sizin dərdinizi anlayırıq. Siz 30 ildir sevincin nə olduğunu bilmirsiniz. Biz də sizinlə eyni dərdi daşıyırıq. 25 il əvvəl bizim də övladlar haqsızlığın qurbanı olub. Siz işğala məruz qalan, övladları nahaqdan qurban olan analarsınız.

Azərbaycan anaları, Allahdan ümidlərinizi üzməyin. Hər gün dua edin, bu müharibə tezliklə bitsin. Torpaqlarınız azad olunsun, ölkənizdə sülh, əmin-amanlıq öz yerini tapsın. Bu müharibəni törədənlər öz cəzasını alsın.

Erməni analar!

Bir ana övladına necə icazə verə bilər ki, başqasının ərazisinə toxunsun? Başqasının ərazisində övladı ölsün. Axı hər bir ana öz övladının ölümünü deyil, sevincini görməlidir. Arzu edirik ki, müharibə tezliklə bitsin və sizin də övladlar evinə qayıtsın. Öz övladlarınızı başqasının torpaqları üçün itirməyin. Bu müharibəni törədən ölkə rəhbərinizin döyüşə göndərdiyi əsgərləri, sizin övladları vasitə edir. Siz bu müharibəyə “YOX” deyin. Övladlarınızı Azərbaycan torpaqlarından geri çağırın.

Hörmətlə, “Serebrenitsa anaları” Hərəkatının Sədr müavini Kada Xotiç












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.