Əfqanıstandan Orta Asiya Türk dövlətləri üçün nümunəvi addim - İrəvan indi Kabillə döyüşür

2-10-2020, 15:58           
Əfqanıstandan Orta Asiya Türk dövlətləri üçün nümunəvi addim - İrəvan indi Kabillə döyüşür
Ermənistan KTMT PA-nın katibliyində Əfqanıstanın müşahidəçi dövlət statusundan məhrum edilməsi ilə bağlı müraciəti edib.

Ovqat.com xəbər verir ki, məlumatı KTMT-nin katibliyi açıqlayıb.

Katiblikdən TASS-a verilən məlumata görə, müraciət e-poçt vasitəsilə alınıb və təşkilatda Ermənistan Respublikası Milli Məclisi Aparatının rəhbəri Ararat Mirzoyandan rəsmi sənədin daxil olacağını gözləyirlər.

Xatırladaq ki, dünən Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Əfqanıstanın KMTM müşahidəçiyindən çıxarılması ilə quruma müraciət edəcəyini bildirmişdi.

Səbəb Azərbaycanın öz ərazisində antiterror əməliyyatı aparmasının Əfqanıstan tərəfindən rəsmən dəstəklənməsi olub. Buna cavab olaraq, Ermənistan Milli Məclisi Əfqanıstanın bu təşkilatda müşahidəçi statusunun ləğvi üçün KTMT Parlament Assambleyasının Katibliyinə rəsmən müraciət edib.

Azərbaycan xalqı əfqanların bu addımını KTMT-nin digər türkdilli üzvlərindən də gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru