Ermənilər İlham Əliyevi “təkzib” etdi: “İt kimi qovulmadıq, özümüz qaçdıq”

5-10-2020, 20:24           
Ermənilər İlham Əliyevi “təkzib” etdi: “İt kimi qovulmadıq, özümüz qaçdıq”

Livanda yayımlanan "Al Mayadeen" nəşrinə açıqlama verən Ermənistan rəsmiləri "əsgərlər həyatlarını qorumaq üçün Qarabağdakı bəzi bölgələrdən geri çəkilməli olduqlarını" etiraf ediblər.

Ovqat.com xəbər verir ki, nəşr bu məlumatı qondarma “DQR” “prezidentinin” mətbuat katibi Poqasyana istinadən yayıb.

Qeyd edək ki, "Al Mayadeen" nəşri ermənipərəst mövqelidir. Hətta nəşrin Livan ermənilərinə məxsus olması barədə iddialar var.

Xatırladaq ki, ötən gün Azərbaycan Silahlı Qüvvələrinin Ali Komandanı İlham Əliyev erməniləri işğal olunmuş ərazilərimizdən “iti qovan kimi qovduğumuzu” bildirmişdi. Görünür, erməni hərbçilər bu iddianı təkzib etmək üçün qovulmadıqlarını, özlərininin könül xoşluğu ilə Azərbaycan ordusu qabağından “it kimi qaçdıqlarını” əsaslandırmağa çalışıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru